AQTA idxalı və istehsalı qadağan olunan təsiredici maddələrlə əlaqədar sahibkarlara xəbərdarlıq edib
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində tətbiqi qadağan olunmuş təsiredici maddələrin siyahısına 47 əlavənin edilməsinə dair 2022-ci ilin dekabr ayında qəbul olunmuş qərardan irəli gələn məsələlərlə əlaqədar sahibkarlara xəbərdarlıq edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, xəbərdarlıqda müvafiq qərarla təsdiq olunmuş və 2022-ci il dekabrın 29-da ictimaiyyətə açıqlanmış siyahıda göstərilən təsiredici maddələrdən hazırlanmış preparatların 2023-cü il fevralın 1-dən istehsalı və idxalı dayandırıldığı, 2024-cü il yanvarın 1-dən isə həmin preparatların ölkə ərazisində tətbiqi qadağan ediləcəyi bildirilib.
Həmçinin AQTA tərəfindən qəbul olunmuş qərarla bağlı məktub göndərilən Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasından, eləcə də həmin təsiredici maddə tərkibli preparatların anbar qalıqları mövcud olan sahibkarlardan 2023-cü ilin əkin mövsümü ərzində qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrdən hazırlanmış preparatların anbar qalıqlarının satışının təşkili və istifadə olunması üçün müvafiq tədbirlərin görülməsi diqqətə çatdırılıb. Eyni zamanda bildirilib ki, 2024-cü il yanvarın 1-dək istifadə olunmamış preparatlarla əlaqədar Nazirlər Kabinetinin “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi” Qaydalarının müddəalarına uyğun tədbirlər görüləcək.
Qeyd edək ki, “Fitosanitar nəzarəti haqqında” Qanuna uyğun olaraq, 2021-ci ildə AQTA-nın qərarı ilə 191 adda təsiredici maddədən hazırlanmış preparatların ölkə ərazisində tətbiqi qadağan olunub. Eyni zamanda, agentlik tərəfindən bu sahədə aparılan araşdırmalar davam etdirilib. Nəticədə 2022-ci ildə müvafiq Beynəlxalq Konvensiyalarda, Avropa İttifaqında və Türkiyə Respublikasında istifadəsi qadağan olunan təsiredici maddələr əsas götürülməklə, siyahıya yeni 47 adda təhlükəli təsiredici maddənin əlavə edilməsi məqsədəuyğun hesab olunub. Bu məsələ müvafiq qaydada Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Səhiyyə nazirlikləri ilə razılaşdırılıb.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb