×
A
A
A
Sazlamalar

Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb

Bakı, 14 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 13-də respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Qazax, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 26 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 6 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/3943  linkində tanış olmaq olar.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Sosial 2023-02-14 17:33:00