Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 16 yoluxma faktı qeydə alınıb
Bakı, 14 fevral, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 16 yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 251 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 7 nəfər müalicə olunaraq sağalıb, 10 min 99 nəfər vəfat edib. Aktiv xəstə sayı 145 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1871, bu günə qədər isə ümumilikdə 7 milyon 507 min 868 test icra olunub.
İsrailin “BioPharmax” şirkəti Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlıdır
Hindistanın Bakıdakı səfirliyi Beynəlxalq Yoqa Günü çərçivəsində silsilə yoqa tədbirləri keçirəcək
Quru göz sindromunun müalicəsində ən çox süni göz yaşı damcıları istifadə olunur
Pediatr: Yaddaşsızlıq uşaqların təhsil həyatında çətinliklər yaradır