Qadın işçilərin hüquqları ilə bağlı maarifləndirmə məqsədli videoçarx hazırlanıb
Bakı, 14 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti qadın işçilərin hüquqları ilə bağlı maarifləndirmə işlərinə başlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin işlər çərçivəsində xidmət tərəfindən ölkəmizin də qoşulduğu Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" 183 nömrəli Konvensiyası əsasında milli qanunvericilikdə qadın işçilərin hüquqlarına dair videoçarx hazırlanıb.
Əmək münasibətləri sahəsində analığın mühafizəsi, qadın işçilər üçün nəzərdə tutulan güzəşt, imtiyaz və əlavə təminatlara dair hazırlanmış ilk videoçarxı təqdim edirik. Videonu yükləmək üçün: https://we.tl/t-McPduPTnTW
Analığın mühafizəsi - qadın işçiyə güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsinə, onun hamiləliyinin qorunmasına, övladının, özünün sağlamlığı və təhlükəsizliyinin, rifahının təmin edilməsinə xidmət edir.
Anar Əliyev: Əmək bazarına daxil olan şəxsin bilik, bacarıq və kvalifikasiya səviyyəsi önəmlidir
Ülvi Mehdiyev: "ASAN xidmət"in uğurlarının əsasında komanda işi və əməkdaş məmnuniyyəti dayanır
Elm və təhsil naziri: Erkən inkişaf insan resursunun gələcəyidir