×
A
A
A
Sazlamalar

Liquriya regionunun prezidenti: “Ansaldo”nun Azərbaycanla əməkdaşlığı şirkətin inkişafı üçün mühüm addımdır

Roma, 14 fevral, AZƏRTAC

“Ansaldo Energia”nın Azərbaycanı qaz turbinləri ilə təchiz etməsi şirkətin irəliyə doğru inkişafı üçün mühüm addımdır.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Liquriya regionunun prezidenti Covanni Toti deyib.
“Ansaldo Energia” şirkəti ilə Azərbaycanın elektrik enerjisi istehsalçısı olan “Azərenerji” arasında dörd qaz turbininin təchizatı üzrə müqavilənin imzalanması irəliyə doğru daha bir mühüm addımdır.
Hazırda Genuya şirkəti üçün fundamental işlər görülür və bu sürətli inkişaf “Ansaldo”ya kömək edəcək. Şirkət hökumətin dəstəyi sayəsində gələcək aylarda da öz gələcəyini qurmaq üçün irəliyə doğru addımlar atacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun iştirakı ilə müstəqillik dövrünün 1280 meqavat gücündə ən böyük istilik elektrik stansiyasının (İES) təməlqoyma mərasimi keçirilib. İtaliya şirkəti Mingəçevir şəhərində inşa olunacaq yeni İES-i qaz turbinləri ilə təchiz edəcək və stansiyanın 2025-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Energetika 2023-02-14 16:09:00