ATU-nun Tədris Cərrahiyyə Klinikasında neyro-monitorinq cihazı vasitəsilə zob əməliyyatı icra olunub
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının cərrah endokrinoloqu Azər Hümmətovun başçılığı ilə 47 yaşlı xanım üzərində zob əməliyyatı həyata keçirilib.
AZƏRTAC ATU-a istinadla bildirir ki, müayinələr nəticəsində çoxsaylı düyünlərin böyük ölçülü olduğu müəyyənləşib. Eutiroid vəziyyət yarandığına görə, xəstədə əməliyyat aparılması qərara alınıb. "Total tiroidektomiya" əməliyyatı zamanı qalxanvari vəz tamamilə xaric edilib.
Cərrah A.Hümmətovun sözlərinə görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasında bu növ əməliyyatlar artıq müasir metodlarla, neyro-monitorinq cihazı vasitəsilə icra olunur. Müasir avadanlıqların tiroid əməliyyatlarında böyük əhəmiyyəti var: “Qalxanvari vəzin kapsulunun arxa səthində qayıdan qırtlaq siniri keçir. Məhz bu sinir səs telini innervasiya edir. Biz bu cihaz vasitəsilə həmin sinirin keçdiyi yolu müəyyən edirik. Sinirə yaxınlaşan zaman cihaz bu barədə xəbərdarlıq etdiyindən, bu tip riskli əməliyyatlar daha rahat və fəsadsız icra olunur. Beləliklə də, xəstənin səs tellərində heç bir problem yaranmır”.
Həkim qeyd edib ki, tiroid əməliyyatlarından sonra ən çox verilən suallardan biri də qəbul ediləcək dərmanlarla əlaqədardır: “Təəssüf ki, tiroid əməliyyatından sonra qalxanvari vəz tam çıxarılır, bu zaman əvəzedici hormon terapiyasına ehtiyac yaranır. Əməliyyatdan sonra xəstənin vəziyyətinə uyğun dərman və dozası seçilir”.
Bu gün Azərbaycanda COVID-19 əleyhinə 63 doza vaksin vurulub
İyunun 7-də Azərbaycanda COVID-19 infeksiyasına 4 yoluxma faktı qeydə alınıb
Gələn il ölkəmizdə Göz Bankı yaradılacaq
TƏBİB tərəfindən ilk dəfə olaraq Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçiriləcək
Bəzi həssas müalicə üsullarının yerli şəraitdə aparılması tövsiyə olunur