×
A
A
A
Sazlamalar

Ötən ay ərzində elektrik enerjisinin ixracı 512,6 milyon kilovat-saat olub

Bakı, 14 fevral, AZƏRTAC

2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 199,8 milyon kilovat-saat, yəni 7,8 faiz artaraq 2 milyard 759,8 milyon kilovat-saat olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 210,1 milyon kilovat-saat artaraq 2 milyard 664,7 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 13,5 milyon kilovat-saat azalaraq 67,2 milyon kilovat-saat təşkil edib. Bu dövrdə digər mənbələr (külək elektrik stansiyaları (KES), günəş elektrik stansiyaları (GES) və bərk məişət tullantılarının yandırılması zavodu (BMTYZ) üzrə elektrik enerjisinin istehsalı 27,96 milyon kilovat-saat olub. Ay ərzində külək elektrik stansiyalarında 4,68 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 3,93 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 19,35 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Cari ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 milyard 523,5 milyon kilovat-saat (İES-lərdə 2 milyard 460 milyon kilovat-saat, SES-lərdə 63,5 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 28,85 milyon kilovat-saat (İES-lərdə 21,98 milyon kilovat-saat, SES-lərdə 3,24 milyon kilovat-saat, GES-də 3,63 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,9 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə 203,6 milyon kilovat-saat təşkil edib.
Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 milyon kilovat-saat, ixracı isə 512,6 milyon kilovat-saat olub.

Energetika 2023-02-14 12:47:00