×
A
A
A
Sazlamalar

Qubada quş kəsimi müəssisəsində nöqsanlar aşkarlanıb

Bakı, 14 fevral, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Quba rayonunun İkinci Nügədi kəndində Ağayev Fuad İlqar oğluna məxsus quş kəsimi müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Müəssisədə müvafiq sahələrin qurulmadığı, döşəmə, divar, tavanın tamlığının pozulduğu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, tullantı qablarının ağzı açıq şəkildə saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub.

Sosial 2023-02-14 12:27:00