Bakı, Sumqayıt və Abşeron üzrə fevral ayının pensiyaları yeni artımlarla birgə ödənildi
Bakı, 14 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, pensiyaların minimum məbləği 2023-cü il 1 fevral tarixindən 240 manatdan 280 manata çatdırılıb. Həmçinin bütün növ pensiyaların 2023-cü il 1 yanvar tarixindən 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.
Fevral ayının pensiyaları yeni artımlarla verilib. Həmçinin indeksləşdirmə əsasında yanvar ayına aid pensiya artımı da fevral ayının pensiyası üzərinə əlavə olunub.
Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da yeni artımlarla birgə ödəniləcək.
Azərbaycanlı həkimə beynəlxalq konqresdə təşəkkür məktubu təqdim olunub
Bakıda Avropa və Mərkəzi Asiya xəstəxanalarının gələcəyi müzakirə olunur
İyunun 4-də Azərbaycanda COVID-19 əleyhinə 18 doza vaksin vurulub