DVX-nin əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər
Bakı, 14 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nazirliyə müraciəti əsasında hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyasında iştirak ediblər.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş aksiyada DVX-nin Bakı, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran və Quba şəhərlərində fəaliyyət göstərən strukturlarında çalışan 450-dən çox əməkdaşı donor qismində qatılıb.
Əməkdaşların sağlamlıq durumu Mərkəzi Qan Bankının həkimləri tərəfindən qiymətləndirildikdən sonra onların iştiraklarına icazə verilib. Qanvermə aksiyası bir həftə davam edib.
Gündəlik qəbul edilən şəkərin miqdarı tənzimlənməlidir
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
Anar Əliyev: Əmək bazarına daxil olan şəxsin bilik, bacarıq və kvalifikasiya səviyyəsi önəmlidir
Ülvi Mehdiyev: "ASAN xidmət"in uğurlarının əsasında komanda işi və əməkdaş məmnuniyyəti dayanır
Elm və təhsil naziri: Erkən inkişaf insan resursunun gələcəyidir