Azərbaycanda COVID-19-a daha 6 yoluxma faktı qeydə alınıb
Bakı, 13 fevral, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 986 nəfər müalicə olunaraq sağalıb, 10 min 99 nəfər vəfat edib. Aktiv xəstə sayı 150 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 879, bu günə qədər isə ümumilikdə 7 milyon 505 min 997 test icra olunub.
İyunun 2-də Azərbaycanda COVID-19 əleyhinə 57 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 4 yoluxma faktı qeydə alınıb
Respublika Velotrekində yoqa sessiyası keçirilib