İdxal olunmuş xörək duzunda yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb
Bakı, 13 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “İnovax General Trading” MMC tərəfindən Pakistan İslam Respublikasından idxal olunmuş “S S Brothers” şirkətinin istehsalı olan, ümumi çəkisi 22,29 ton xörək duzu məhsuluna (istehsal tarixi 10 oktyabr 2022-ci il – son istifadə tarixi 31 dekabr 2024–cü il) keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
"YAŞAT" Fondu 8 yaşlı Aynura təşəkkürnamə təqdim edib
Bakı şəhəri qlobal startap ekosistemi reytinqində 31 pillə irəliləyib
Monqolustan nümayəndə heyəti ilə görüşdə qida sahəsində ticarət əlaqələrindən bəhs olunub
2018-2023-cü illərdə DOST mərkəzlərində 1 milyon 561 min vətəndaşa xidmət göstərilib
“ASAN Məktub” uşaqların arzularını növbəti dəfə gerçəkləşdirib