×
A
A
A
Sazlamalar

Nazir: İtaliya ilə Azərbaycan hazırda ənənəvi enerji aspektindən kənar tərəfdaşlıq əlaqələri qurur

Roma, 13 fevral, AZƏRTAC

Hazırda İtaliya ilə Azərbaycan ənənəvi enerji aspektindən kənara çıxan strateji tərəfdaşlıq əlaqələri qurur. Azərbaycanda “Made in Italy” brendi üçün böyük imkanlar, sənaye və kommersiya tərəfdaşlığı mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso deyib.
“Azərbaycanda bərpaolunan enerji və elektrik enerjisi üzrə layihələr kimi digər sənaye imkanları var ki, bu da İtaliyanın “Ansaldo Energia” şirkətinin bu ölkədə fəaliyyəti üçün həqiqətən əhəmiyyətlidir”, - deyə nazir qeyd edib.
A.Urso bildirib ki, 2021-ci ildəki 40 faizlik, keçən il qeydə alınan 16 faizlə müqayisədə İtaliya cari il ərzində Rusiyadan təbii qaz asılılığını tamamilə azaldacağıq. İtaliya gələn ildən etibarən isə digər ölkələrə də qaz tədarük edə biləcək. Azərbaycan qazını ölkəmizə çatdıran TAP boru kəmərinin ötürücülük qabiliyyətinin qısa müddət ərzində ikiqat artırılması sayəsində İtaliya Avropanın təbii qaz mərkəzinə çevriləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Energetika 2023-02-13 15:35:00