×
A
A
A
Sazlamalar

DİN: 25 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakı, 13 fevral, AZƏRTAC

Polis əməkdaşlarının fevralın 11-də və 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 25,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 15,2 kiloqramdan artıq heroin, 10 kiloqramdan çox marixuana, 50 qram tiryək, həmçinin 60 qrama yaxın metamfetamin və 415 ədəd metadon həbləri olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

Hadisə 2023-02-13 13:34:00