×
A
A
A
Sazlamalar

Fevralın 12-də Azərbaycanda COVID-19 əleyhinə 250 doza vaksin vurulub

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 250 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 56, ikinci doza vaksinlərin sayı 122, üç və daha çox doza vaksinlərin sayı 64, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 8-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 945 min 463, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 124, ikinci mərhələ üzrə 4 milyon 877 min 972, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 952, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 415-dir.

Səhiyyə 2023-02-12 17:08:00