×
A
A
A
Sazlamalar

Bakıda ərzağın, içkilər və tütünün istehlak qiymətləri indeksi artıb

Bakı, 11 fevral, AZƏRTAC

Ötən ilin dekabr ayında Bakı şəhərində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 101,5 faiz, 2022-ci ilin yanvar-dekabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 117,8 faiz təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata əsasən, 2022-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,4 faiz, 2022-ci ilin yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 109,5 faiz olub.


 

Tikinti̇ 2023-02-11 17:22:00