×
A
A
A
Sazlamalar

Elektrik enerjisi bazarında “Vahid alıcı modeli”nə keçid məqsədilə atılmalı addımlar müzakirə olunub

Bakı, 10 fevral, AZƏRTAC

Energetika Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi “Elektrik enerjisi bazarının liberallaşdırılması üçün keçid mexanizmlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində növbəti seminar keçirilib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən seminarda qurum ilə yanaşı, Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak ediblər.
Tədbirdə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov təqdimatla çıxış edərək “Elektrik enerjisi bazarının monitorinqi qaydaları”nın layihəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və sözügedən qaydaların enerji bazarı üçün əhəmiyyətindən danışıb.
Daha sonra tədbir elektrik enerjisi bazarında “Vahid alıcı modeli”nin rolu və bu modelə keçid məqsədilə atılmalı addımlar, eləcə də bərpa olunan enerji mənbələrinin inteqrasiyası yönündə müzakirələrlə davam edib.

Energetika 2023-02-10 16:36:00