Saatlıda 81,7 milyon manat dəyərində heyvandarlıq məhsulları istehsal olunub
Saatlı, 9 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayonunda 2022-ci ildə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri ilkin hesablamalarla 205 milyon 773,8 min manat təşkil edib. Bunun 81 milyon 737,2 min manatı və ya 39,7 faizi heyvandarlıq məhsullarının payına düşüb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2023-cü il yanvarın 1-i vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 67901 baş, o cümlədən inək və camışların sayı 32547 baş, qoyun və keçilərin sayı 116502 baş olub. 2021-ci ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 48 baş, qoyun və keçilərin sayı isə 676 baş artıb. İribuynuzlu mal-qaranın tərkibində inək və camışların sayı əvvəlki ilə nisbətən 83 baş çoxalıb.
Heyvandarlıq sahəsində fəaliyyət göstərən kəndli fermer təsərrüfatları və dövlət kənd təsərrüfatı müəssisələri üzrə iribuynuzlu mal-qaranın sayı 695 baş, o cümlədən inək və camışların sayı 340 baş, qoyun və keçilərin sayı isə 9716 baş olub.
Bu sahə üzrə 23 kəndli fermer təsərrüfatı fəaliyyət göstərir ki, ondan 1-i dövlət müəssisəsidir.
Ötən il diri çəkidə ət istehsalı 7079,6 ton, süd istehsalı 41891,7 ton, yun istehsalı 224,1 ton olub. Əvvəlki illə müqayisədə 8,0 ton ət, 7,5 ton süd, 7,7 ton yun çox istehsal edilib.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb