×
A
A
A
Sazlamalar

Zelenski Makron və Şultsla görüşmək üçün Parisə yola düşüb

Bakı, 9 fevral, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Londondan Parisə yola düşüb və orada fransalı həmkarı Emmanuel Makron və Almaniya Kansleri Olaf Şultsla görüşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Qeyd edək ki, fevralın 8-də Zelenski Londona səfər edib. Bu, Zelenskinin Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri ikinci xaricə səfəridir. Onu hava limanında Baş nazir Rişi Sunak qarşılayıb.
Ukrayna Prezidentinin sözlərinə görə, Böyük Britaniyanın Baş naziri ilə danışıqların əsas mövzusu müdafiə sahəsində əməkdaşlıq olub. Ukrayna lideri vurğulayıb ki, ölkəsi üçün lazım olan silahları müttəfiqlərindən alması vacibdir.

Dünya 2023-02-09 00:34:00