Gənclərin karyera və şəxsi inkişafı ilə bağlı görüş olub
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzində (KİM) Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi Karyera filialının müdiri, peşəkar təlimçi Toğrul Ələkbərov ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sual-cavab formatında təşkil edilən görüşdə MDU-nun bir qrup gənc əməkdaşı, tələbə və magistrantları iştirak ediblər.
Görüşdə şəxsi inkişaf, karyera quruculuğu, əmək bazarı, təlim, təcrübə və məşğulluq imkanları, müasir dövrdə tələb olunan bilik və bacarıqlar və digər mövzular barədə bəhs edilib, fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da gənclərin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, eləcə də onların karyera inkişafı ilə bağlı təcrübələrinin artırılmasına hədəflənən müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.
Qubada əməliyyatlar zamanı 2 nəfər saxlanılıb VİDEO
Ağdam rayonunun Qiyaslı kəndi FOTO
Qazan xanın yurd saldığı “Qazan köşkü” VİDEO
Göyçəli Razim əmi: Ümid edirik ki, “Dəmir yumruq” Göyçəyə də enəcək
Zaqatalada qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar