Kamil bir palançı olsa da insan…
Sumqayıt, 8 fevral, AZƏRTAC
Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsili Mərkəzinin müəllim və tələbə heyətinin məktəblilərlə görüşü olub.
Bu barədə AZƏRTAC-a mərkəzdən bildirilib.
Şəhərin 36 nömrəli məktəbində təşkil edilən görüşdə buraxılış siniflərinin şagirdlərinə müasir dövrdə peşə təhsilinin əhəmiyyəti barədə danışılıb. Onlara günümüzün xidmət sahələrinə aid müxtəlif peşələrə yiyələnmək üçün mövcud imkanlar barədə söhbət açılıb. Dahi Nizami Gəncəvinin “Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan” beytinin niyə bütün zamanlar üçün aktuallığı izah edilib.
Həmçinin şagirdlərə mərkəzin fəaliyyəti, tədris edilən ixtisaslar, öyrədilən peşələr və qəbul qaydaları haqqında ətraflı məlumat verilib.
Sonra Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri seçdikləri ixtisaslarla bağlı təəssüratlarını bölüşüb, əl işlərini məktəbə hədiyyə ediblər.
Qubada əməliyyatlar zamanı 2 nəfər saxlanılıb
Ağdam rayonunun Qiyaslı kəndi FOTO
Qazan xanın yurd saldığı “Qazan köşkü” VİDEO
Göyçəli Razim əmi: Ümid edirik ki, “Dəmir yumruq” Göyçəyə də enəcək
Zaqatalada qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar