Opera müğənnisi Fyodor Şalyapinin 150 illiyinə həsr olunmuş tədbirin vaxtı dəyişdirilib
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 10-da Bakıdakı Rus Evində keçirilməsi nəzərdə tutulan opera müğənnisi Fyodor Şalyapinin 150 illiyinə həsr olunmuş tədbir fevralın 17-də baş tutacaq.
Bakıdakı Rus Evindən AZƏRTAC-a bildiriblər ki, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçiriləcək.
Konsertin proqramına Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Məryəm Yusifova, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Teymur Kazımov, habelə Bakı Musiqi Akademiyasının tələbələrinin çıxışları daxil edilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina konsert proqramının aparıcısı və təşkilatçısıdır.
Rus opera müğənnisi Fyodor Şalyapin XX əsrin görkəmli incəsənət xadimlərindən biridir. O, dünyanın ən mötəbər Böyük, Mariinsk, Metropolitan-Opera teatrlarının səhnələrində çıxış edib, habelə təsviri sənət və heykəltaraşlıqla məşğul olub, bir neçə bədii filmdə çəkilib. Sergey Prokofyev və Anton Rubinşteyn onun istedadının pərəstişkarları olublar. Maksim Qorki isə sənətçini “rus incəsənətinin ayrıca epoxası” adlandırıb.
Türkiyənin canlı əfsanəsi İbrahim Tatlısəs yenidən Bakıda
İçərişəhərdə hər daşın öz hekayəsi var – Qayser Nevvab
Türkiyəli məşhur aparıcı Azərbaycan haqqında sənədli film çəkib
Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir təşkil edilib