Qılıncoynadanlarımız dünya kubokunun mərhələ yarışına Qazaxıstanda hazırlaşırlar
Bakı, 8 fevral, AZƏRTAC
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Qazaxıstanın Almatı şəhərində yerləşən Akbulak İdman Mərkəzində təlim-məşq toplanışındadır.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Anna Başta, Valeriya Bolşakova, Palina Kaspiaroviç, Səbinə Kərimova, Sevil Bünyatova və Zərifə Hüseynovanın iştirak etdiyi təlim-məşq toplanışına Qazaxıstanla yanaşı, İspaniya, Ukrayna, Yunanıstan və Bolqarıstan yığmaları da qatılıblar.
Təlim-məşq toplanışı fevralın 10-12-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya kubokunun mərhələ yarışına hazırlıq xarakteri daşıyır.
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə “Paris-2024” Təşkilat Komitəsi arasında görüş keçirilib
Basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib
Bakıda keçiriləcək dünya kuboku yarışlarında 46 ölkədən bədii gimnastlar iştirak edəcəklər
“Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqada yubiley oyununu keçirib