“Kitabxana veb-saytlarında təhlükəsizliyin təmin olunması” adlı tədbir keçirilib
Bakı, 8 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Beynəlxalq İnternet Təhlükəsizliyi Günü ilə bağlı “Kitabxana veb-saytlarında təhlükəsizliyin təmin olunması” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə internet təhlükəsizliyi, kitabxana veb-saytlarında təhlükəsizliyin təmin olunması, uşaq və yeniyetmələrin sosial mediadan düzgün istifadə qaydaları, saxta xəbərlərin yayılması təhlükəsi və qarşısının alınması mövzularında çıxışlar olub.
Sonra mövzu ilə bağlı videoçarxlar təqdim olunub və mütəxəssislər tərəfindən iştirakçıların sualları cavablandırılıb.
Türkiyənin canlı əfsanəsi İbrahim Tatlısəs yenidən Bakıda
İçərişəhərdə hər daşın öz hekayəsi var – Qayser Nevvab
Türkiyəli məşhur aparıcı Azərbaycan haqqında sənədli film çəkib
Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir təşkil edilib