AzTU-nun kollektivi Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarının xatirəsini anıb
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-də Azərbaycan Texniki Universitetinin (AzTU) kollektivi qardaş ölkəyə dəstək məqsədilə Türkiyə səfirliyinin qarşısına gəlib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb, səfirliyin qarşısındakı guşəyə gül dəstələri düzülüb.
Xatırladaq ki, Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük matəm elan edilib.
Dəqiq elmlər üzrə Azərbaycan alimlərinin "Google Scholar"da bəzi elmmetrik göstəriciləri açıqlanıb
Sofiyada Novruz bayramı və Beynəlxalq Poeziya Günü qeyd edilib