Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununa təyinat alıb
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb.
AZƏRTAC AVF-yə istinadla xəbər verir ki, N.İsmayılova bu gün Fransada oynanılacaq yerli “Tur” və Almaniyanın “Friedrichshafen” komandaları arasında matçın supervayzeri funksiyasını yerinə yetirəcək.
N.İsmayılova görüşün hakimləri macarıstanlı Zsolt Mözeffi və portuqaliyalı Rikardo Ferreyranın işinə qiymət verəcək.
Azərbaycan Milli Paralimpiya Komitəsi Ajan aqlomerasiyası ilə anlaşma memorandumu imzalayıb
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə “Paris-2024” Təşkilat Komitəsi arasında görüş keçirilib
Basketbol üzrə Azərbaycan kuboku yarışlarının qrup oyunlarına start verilib
Bakıda keçiriləcək dünya kuboku yarışlarında 46 ölkədən bədii gimnastlar iştirak edəcəklər
“Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqada yubiley oyununu keçirib