×
A
A
A
Sazlamalar

Pərviz Şahbazov: Naxçıvan üzərindən elektrik enerjisinin ixracı müzakirə edilib

Bakı, 8 fevral, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə elektrik enerjisinin Naxçıvan Muxtar Respublikası üzərindən ixracını müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat yayıb.
“Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Baş nazir Səbuhi Məmmədov və Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev ilə sənaye miqyaslı “Yaşıl enerji” layihələrinin reallaşdırılması və Naxçıvan üzərindən ixrac perspektivlərinə dair səmərəli müzakirələrimiz oldu”,- deyə nazir qeyd edib.

Energetika 2023-02-08 17:41:00