×
A
A
A
Sazlamalar

USAID və “Azexport” portalı əməkdaşlıq edir

Bakı, 8 fevral, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Özəl sektorun inkişafı” layihəsinin nümayəndələri arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Görüşdə Azərbaycanın ixracqabiliyyətli məhsullarının xarici bazarlara çıxarılması istiqamətində geniş müzakirələr aparılıb. Həmçinin Azərbaycandan Amerika Birləşmiş Ştatlarına qida məhsullarının ixracı zamanı tələb olunan “FDA” və digər sertifikatlaşdırma prosedurlarına dair tələblərə toxunulub. Bu istiqamətdə yerli şirkətlərin dəstəklənməsi mexanizminin daha da təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, “Azexport” portalı hazırda ABŞ-ın Nyu-York, Kaliforniya və Vaşinqton ştatlarına konservləşdirilmiş qidalar, qənnadı məhsulları, meyvə şirələri və digər “Made in Azerbaijan” brendi məhsullarının ixracı istiqamətində yerli şirkətlərlə pilot layihə icra edir.

 

Tikinti̇ 2023-02-08 17:12:00