Səfir Cahit Bağçı: Türkiyə bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır
Bakı, 8 fevral, AZƏRTAC
Həqiqətən Azərbaycan bir ürək olub. Xalqımız gücü nəyə çatırsa yardım edir. Yardım üçün çalışan insanların zəhməti sayəsində hazırda yük maşınları yola çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində bildirib.
“Sizin tapşırığınızla qurumlar istər daşıma, istərsə də generator, transformator, xəstəxana ləvazimatlarına ehtiyacla bağlı maraqlanırlar. Biz də onlarla koordinasiya şəraitində işləyirik”, - deyə səfir vurğulayıb.
Türkiyənin yaralarını sağaltmaq üçün göstərilən dəstəyə görə minnətdarlıq edən Cahit Bağçı deyib: “Biz bilirik ki, qardaşıq və bunu ürəkdən yaşayırıq, hiss edirik. Türkiyə də bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır, hörmətli cənab Prezident”.
Pakistan Prezidenti Novruz bayramı münasibətilə Azərbaycan Prezidentini və xalqımızı təbrik edib
Laçın-Xankəndi yolu: Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürüb
Deputat: Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat onun sülhə hazır olmadığını göstərir
Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir VİDEO