“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən komissiya tutmayacaq
Bakı, 8 fevral, AZƏRTAC
“Azərpoçt” MMC Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təqdim etdiyi bank hesablarına pulköçürmələrinə xüsusi güzəşt tətbiq edir.
AZƏRTAC “Azərpoçt” MMC-yə istinadən xəbər verir ki, zərərçəkənlərə yardım məqsədilə göndərilən pul vəsaitlərindən “Azərpoçt” tərəfindən heç bir komissiya tutulmayacaq.
Yardım etmək istəyən şəxslər həftənin iş günləri saat 18:00-dək, qeyri-iş günləri isə saat 16:00-a qədər şəbəkə tipli mərkəzi poçt şöbələrinə və müştəri xidmətləri şöbələrinə yaxınlaşa bilərlər.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb