×
A
A
A
Sazlamalar

Prezidentin tapşırığına əsasən yola salınmış FHN-in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, çevik xilasetmə qüvvələri yaxın saatlarda axtarış-xilasetmə əməliyyatlarına başlayacaq.

Cəmiyyət 2023-02-08 13:09:00