Azərbaycan parlamentinin sədri ölkəmizin Misirdəki səfirliyində olub
Bakı, 8 fevral, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Misir Ərəb Respublikasında səfərdə olan parlament nümayəndə heyəti Azərbaycanın bu ölkədəki səfirliyinə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova səfirliyin inzibati binasının foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, müasir Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini ehtiramla yad edib.
Sonra səfir Elxan Poluxov səfirliyin fəaliyyəti barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib.
Parlamentin sədri səfirlik əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə tanış olub, onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.
Pakistan Prezidenti Novruz bayramı münasibətilə Azərbaycan Prezidentini və xalqımızı təbrik edib
Laçın-Xankəndi yolu: Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürüb
Deputat: Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat onun sülhə hazır olmadığını göstərir
Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir VİDEO