Prezident: Tofiq Quliyevin əsərləri bizim böyük sərvətimizdir
Bakı, 8 fevral, AZƏRTAC
Tofiq Quliyevin əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılış mərasimində çıxışı zamanı söyləyib.
Tofiq Quliyevin öz xalqına çox bağlı olduğunu, onun Azərbaycan, Bakı haqqında əsərlərinin bunu göstərdiyini deyən dövlətimizin başçısı qeyd edib: “Onu tanıyanlar yaxşı bilirlər ki, çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında, böyük mədəniyyət xadimi idi və öz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutmuşdur”.
Pakistan Prezidenti Novruz bayramı münasibətilə Azərbaycan Prezidentini və xalqımızı təbrik edib
Laçın-Xankəndi yolu: Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürüb
Deputat: Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat onun sülhə hazır olmadığını göstərir
Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir VİDEO