Azərbaycanın qeyri-neft məhsullarının ixracı 12 faizdən çox artıb
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycanın qeyri-neft məhsullarının ixracı 12 faizdən çox artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov verib.
Nazir bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində 2022-ci ildə qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 12,3 faiz artaraq 3 milyard 48 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları həcmində olub.
Ölkəmizə gələn vətəndaşlara bayram hədiyyələri təqdim edilib
Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır
“Kaşaqan” neftinin Aktau-Bakı marşrutu ilə ilk nəqlinə başlanılıb
AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir