×
A
A
A
Sazlamalar

Neftçalada ümumi məhsul istehsalının 32,9 faizi kənd təsərrüfatında formalaşıb

Neftçala, 8 fevral, Aydın Yavərzadə, AZƏRTAC
2022-ci ildə Neftçala rayonunda istehsal olunmuş ümumi məhsulun dəyəri 349 milyon 556,9 min manat olub. İstehsal sahələrinin ümumi məhsulda xüsusi çəkisi 71,2 faiz, xidmət sahələrinin payı isə 28,8 faiz təşkil edib. Əhalinin hər nəfərinə düşən ümumi məhsulun dəyəri 3 min 889,4 manata bərabər olub.
Neftçala Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, ümumi məhsulun 23,3 faizi sənayedə, 32,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 15,0 faizi tikintidə, 0,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,4 faizi informasiya və rabitədə, 27,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində istehsal olunub və xidmətlər göstərilib.

Kənd təsərrüfatı 2023-02-08 10:46:17