Qaxda qar örtüyünün hündürlüyü 45 santimetrə çatıb
Bakı, 8 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 8-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensivləşib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, qar örtüyünün hündürlüyü Qaxda 45, Ağdərədə (Ordubad) 32, Şahdağda 14, Xaltanda 12, Göygöl, Gədəbəydə 10, Qrız, Daşkəsən 8, Altıağacda 7, Oğuz 6, Şəkidə 16, Şahbuz 3, Qəbələ, Zaqatala, Qobustanda 1 santimetr təşkil edib.
Düşən yağıntının miqdarı: Qaxda 24, Zaqatalada 16, Balakəndə 12, Oğuzda 10, Lənkəranda 11, Astarada 9, Gədəbəydə 8, Ağdərədə 7, Şəkidə 10, Qəbələdə 5, Şahbuzda 4, Mingəçevir, Sədərək, Tərtər, İmişlidə 3, Zərdab, Altıağac, Qobustan, Yardımlıda 2, Beyləqan, Kürdəmir, Naftalan, Ağdam, Ordubad, Naxçıvan, Maştağada 1 millimetrədək olub.
Şimal-qərb küləyi əsib, arabir Neftçala, Mingəçevirdə saniyədə 20, Naftalan, Ceyrançöldə 18, Bakıda və Abşeron yarımadasında arabir 27 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qrız, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər və Lerikdə duman müşahidə olunub, görmə məsafəsi 50-100 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan Muxtar Respublikasında 5-dək° şaxta, dağlıq rayonlarda 11° şaxta, aran rayonlarında 4°-dək isti olub.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb