Hərbi hissələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb VİDEO
Bakı, 8 fevral, AZƏRTAC
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada bütün zəruri infrastruktur yaradılıb.
Döyüş mövqelərində olan Baş Qərargah rəisinə əməliyyat şəraiti məruzə olunub. Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf fasiləsiz müşahidə edilir. Baş Qərargah rəisi döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində tədbir keçirilib VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
İyirmi illik liderliyin Zəfər zirvəsi - ədalətin və bütövlüyümüzün qələbəsi - RƏY
Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib