×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 6-da ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı doqquz fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Hadisə 2023-02-07 11:12:00