×
A
A
A
Sazlamalar

Həmkəndlisini öldürməyə cəhd edən şəxs cinayət məsuliyyətinə cəlb olunub

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 6-da saat 22 radələrində 1991-ci il təvəllüdlü Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, ilkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.

Hadisə 2023-02-07 10:06:00