Türkiyədə zəlzələ: həlak olanların sayı 1541 nəfərə çatıb
Bakı, 6 fevral, AZƏRTAC
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1541 nəfərə, yaralananların sayı 9 min 733 nəfərə çatıb.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat verib. Onun sözlərinə görə, Kahramanmaraş zəlzələsindən sonra 145 afterşok qeydə alınıb, 3 min 471 bina çöküb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Jozep Borrel: Rusiya Belarusda nüvə silahı yerləşdirərsə, Aİ yeni sanksiyalarla cavab verəcək
Türkmənistanda parlament seçkilərində səsvermə başa çatıb
Serbiya və Macarıstan Təhlükəsizlik Məsələləri üzrə Strateji Şura yaradacaq
Kiyev Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsinə görə BMT TŞ-nin çağırılmasını tələb edib
Putin Qərbin Kiyevi silahla təchiz etməklə tünd qırmızı xətti keçdiyini bildirib