Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Moskva, 6 fevral, AZƏRTAC
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Vladimir Putin Türkiyədə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına təşəkkür edib, Rusiyanın yardımının qəbul edilməsi üçün müvafiq qurumlara tapşırıq verdiyini qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
İtaliya Serbiya və Balkan regionunda mövcudluğunu gücləndirmək istəyir
Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 4 nəfər ölüb, 150-yə yaxın insan yaralanıb
Türkiyə MSK prezident seçkiləri ilə bağlı 11 namizədin müraciətini qəbul edib