×
A
A
A
Sazlamalar

Millimiz yoxlama oyununda Tacikistan yığmasına uduzub

Bakı, 6 fevral, AZƏRTAC

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununda Tacikistanın U-20 komandası ilə qarşılaşıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, oyundan əvvəl Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qarşılaşma 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Millimizin heyətində 90+1-ci dəqiqədə Aslan Şirinov fərqlənib.
U-19 növbəti oyununu fevralın 8-də Səudiyyə Ərəbistanı komandasına qarşı keçirəcək.

İdman 2023-02-06 18:29:00