×
A
A
A
Sazlamalar

Ötən il Qaxda tikinti işlərinin həcmi iki dəfəyə yaxın artıb

Qax, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC

2022-ci ildə Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 168 milyon 818,1 min manat olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, ötən ilin yanvar-dekabr aylarında rayonda 16 milyon 971,7 min manatlıq sənaye, 85 milyon 203 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 1,7 faiz artıb. Ötən təsərrüfat ilində rayonda 54 milyon 136,7 min manatlıq bitkiçilik, 31 milyon 66,3 min manat dəyərində heyvandarlıq məhsulları istehsal olunub.
Rayonda il ərzində 12 milyon 231,9 min manatlıq tikinti işləri görülüb. Bu, əvvəlki illə müqayisədə 93,1 faiz çoxdur.
Nəqliyyat və anbar təsərrüfatı üzrə xidmətlərin həcmi 68,3 faiz artaraq 2 milyon 142,1 min manat olub. İl ərzində rayonda 49 milyon 286,9 min manatlıq ticarət, nəqliyyat vasitələrinin təmiri, 1 milyon 437,4 min manatlıq informasiya və rabitə xidmətləri göstərilib.

Regionlar 2023-02-06 18:24:49