Ötən il Şəkidə 56,5 min hektardan çox sahədən bitkiçilik məhsulları toplanıb
Şəki, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ötən il Şəki rayonu üzrə 56 min 564,5 hektar sahədən bitkiçilik məhsulları toplanıb. Əkin sahələrinin 49 min 281,5 hektarını dənli və dənli paxlalı bitkilər, 1467,5 hektarını texniki bitkilər, 696 hektarını kartof, 798,5 hektarını tərəvəz, 172 hektarını bostan, 4 min 149 hektarını isə yemlik bitkilər təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, ötən təsərrüfat ilində rayonda 92 min 215,8 ton dənli və dənli paxlalı bitkilər, 3602,5 ton tütün, 1351,6 ton şəkər çuğunduru, 10 min 495,3 ton kartof, 20 min 98 ton tərəvəz, 2951,8 ton bostan bitkiləri, 33 min 242,3 ton yem bitkiləri istehsal olunub.
2022-ci ildə rayonun meyvə bağlarından və giləmeyvəliklərdən 28 min 594,8 ton məhsul yığılıb.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb