×
A
A
A
Sazlamalar

Siyəzəndə avtomobil oğrusu saxlanılıb

Siyəzən, 6 fevral, Elxan Yusifli, AZƏRTAC

Siyəzən Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakininə məxsus “VAZ-21099” markalı avtomobilin oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Quliyev saxlanılıb.
Faktla bağlı Siyəzən RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Regionlar 2023-02-06 17:54:28