×
A
A
A
Sazlamalar

AFAD: Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1121 nəfərə çatıb

Bakı, 6 fevral, AZƏRTAC

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1121 nəfərə çatıb, 7 min 634 nəfər xəsarət alıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə AFAD nümayəndəsi Orhan Tatar məlumat verib. O bildirib ki, Kahramanmaraş zəlzələsindən sonra 120 afterşok qeydə alınıb, 2 min 834 bina dağılıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

Dünya 2023-02-06 17:51:00