×
A
A
A
Sazlamalar

Yardımlıda kənd təsərrüfatı sahəsi üzrə göstəricilər açıqlanıb

Yardımlı, 6 fevral, İlkin Adıyev, AZƏRTAC

Yardımlı rayonunda 2022-ci ildə kənd təsərrüfatı sahəsində 18,7 faiz çox məhsul istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən bildirilib. 2022-ci ildə Yardımlıda kənd təsərrüfatı sahəsi üzrə 55 milyon 937,2 manatlıq məhsul istehsal edilib ki, bu da ötən illə müqayisədə faktiki qiymətlərlə 18,7 faiz çoxdur.
İstehsal olunan məhsulun 24,6 faizini bitkiçilik, 75,4 faizini isə heyvandarlıq məhsulları təşkil edir. 2021-ci illə müqayisədə bitkiçilik məhsullarında 27,8 faiz, heyvandarlıq məhsullarının istehsalında isə 16,0 faiz artım qeydə alınıb.

Kənd təsərrüfatı 2023-02-06 17:43:22