×
A
A
A
Sazlamalar

Suriyada zəlzələ nəticəsində 574 nəfər həyatını itirib

Bakı, 6 fevral, AZƏRTAC

Regionda baş verən güclü zəlzələ nəticəsində Suriyanın müxtəlif bölgələrində ölənlərin sayı 574 nəfərə çatıb, minlərlə insan yaralanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, zəlzələ İdlib, Hələb, Hama, Lazkiyə, Tartus və Rakka əyalətlərində daha çox dağıntı törədib.
Rəsmi Dəməşqin nəzarətində olan bölgələrdə 371 nəfər həlak olub, mindən çox insan xəsarət alıb. Ölkənin şimalında müxalif qüvvələrin nəzarətində olan İdlib əyalətində 100, Afrin əyalətində isə azı 103 nəfər ölüb.
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ Livan, İraq, Fələstin, İsrail və digər ölkələrdə, habelə Kipr adasında da hiss olunub.

Dünya 2023-02-06 17:28:00