×
A
A
A
Sazlamalar

Moldova Türkiyəyə 50-dən çox xilasedici göndərməyə hazırdır

Kişineu, 6 fevral, AZƏRTAC

Təbii fəlakətdən zərər çəkmiş Türkiyəyə kömək məqsədilə Moldova lazımi dəstəyin göstərilməsinə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Fövqəladə Hallar üzrə Baş Müfəttişliyinin katibi Liliana Puşkaşu açıqlama verib.
Onun sözlərinə görə, Moldova xüsusi yardım göstərmək üçün təlim keçmiş 50-dən çox yanğınsöndürən və xilasedici göndərməyə hazırdır.
Hazırda Kişineu rəhbərliyi Türkiyə tərəfdən cavab gözləyir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Dünya 2023-02-06 17:25:00