×
A
A
A
Sazlamalar

Almaniya XİN: Türkiyəyə hər cür kömək göstərməyə hazırıq

Berlin, 6 fevral, AZƏRTAC

Almaniya xarici siyasət idarəsinin başçısı Annalena Berbok ölkəsinin bu gün baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə təcili kömək göstərməyə hazır olduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, nazir həlak olanların doğmalarına və yaxınlarına başsağlığını ifadə edib. “Dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinin, eləcə də öz yaxınları üçün narahat olanların dərdinə şərikəm. Biz tərəfdaşlarımızla birgə kömək göstərməyə hazırıq”, - deyə XİN başçısı özünün tviter səhifəsində paylaşıb.


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2023-02-06 17:09:00